"Əlli il öncə ermənilər birinci türk diplomatını da qətl etmişdilər. Bununla bir başa bağlantısını mövcud ola bilər. Erməniəsilli İran vətəndaşlarının olması da mümkündür".
Bu sözləri Faktmedia.az-a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın Tehrandakı səfirliyinə olan hücuma münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, bu hadisə böyük diplomatik kriz sayılır:
"Son zamanlar İran-Azərbaycan münasibətlərinin Ermənistan üzərindən kəskinləşməsi fonunda da bəzi qüvvələr bundan istifadə edəcəklər. Xüsusən də erməniyönümlü İranın xüsusi xidmət orqanları da belə aktları törətməkdə maraqlı ola bilərlər. Arzuolunmaz bir hadisədir. Bu fakt yəqin ki, ciddi araşdırılacaq. Nəzərə alsaq ki, terror aktını törədən şəxs də saxlanılıb. İran hadisənin təfərrüatını araşdırıb Azərbaycana bildirəcək. Adətən bu kimi hadisələr üzürxahlıqla nəticələnir. Bir ölkənin səfirliyində belə hadisə baş verirsə, qarşı tərəfdə də belə hadisənin olması baş verə biər. İranın səfirliyi Bakıda özünü necə Bakıda təhlükəsiz hiss edirsə, Aəzrbaycanın da səfirliyi İranda elə özünü sərbəst hiss etməli idi".
Xatırladaq ki, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücumu dəf edərkən mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.
Zeynəb Müzəffərli