Xəbər verdiyimiz kimi, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücumu dəf edərkən mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.
Hadisə ilə bağlı Faktmedia.az-a danışan beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, bu İran-Azərbaycan münasibətlərində soyuqluq yaradacaq:
"3 gün əvvəl Azərbaycan-İran arasındakı münasibətləri yenidən qurmaq, sıx əməkdaşlıq barədə razılığa əldə olunub. Bu, xarici işlər nazirlikləri səviyyəsində olunub. Bu da onunla əlaqədar idi ki, İran regionda basqı içində qalıb. Bu addım Azərbaycan sərhədləri boyunca təhlükəsizliyi təmin etmək isiqamətində idi. Amma dərhal da bu düşüncəyə ağır cavab verildi. Bu hadisə bir neçə mərkəzin səbəbi ilə ola bilər. Heç şüphəsiz ki, biz erməni terrorunun reallığından danışmalıyıq. Ümumiyyətlə Azərbaycanın diplomatik korpusuna hücumlarla bağlı informasiyalar bölüşülürdü. Biz bunu Qərbdən gözləyirdik. Məsələn Fransada, Amerikada olacaq. İranda olması gözlənilmirdi. Az təxmin olsa da rusiyadan ermənipərəst qüvvəllərin əməlləri də ola bilər. Qərbin bunun etməsi daha real idi. İranın daxilində antiazərbaycançılar var, SEPAH-çılar var. Bu mənada da onların etmə gücləri də çoxdur".
Sevinc Hüseynova