Türkiyə səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
Faktmedia.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.
“Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlı, yaralananlara təcili şəfalar diləyirəm”, - paylaşımda bildirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.