"İranın Azərbaycan səfirliyinə silahlı hücum terror aktı aktıdır, hadisə dərhal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır".
Bunu Faktmedia.az-a türk politoloq Hakan Aktürk deyib.
Hakan Aktürk bildirib ki, İranın məsuliyyətsizliki azərbaycanlı qardaşımızın şəhid olmasına gətirib çıxardı:
"Biz hər zaman qardaş ölkəmizlə birlikdəyik və çiyin-çiyinə bir yerdəyik. İran hökuməti və səlahiyyətliləri bu xəyanətkar hücumun səbəbkarlarının tapılması və ən ağır şəkildə cəzalandırılmasını həyata keçirməlidir. Ən əsası İran səfirliyin təhlükəsizliyini vaxtında görməli idi. Səfirlik ən yüksək səviyyədə qorunmalıdır. Bununla bağlıbütün dünyada göstəriş var. Təəssüf ki, onlar (red: İran hökuməti) bunu yerinə yetirə bilməyib".
Qeyd edək ki, Prezident İlham Əliyev terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülmədiyini deyib.
Havar Şəfiyeva