“Hal-hazırda Azərbaycan ərazisində istifadə etdiyimiz körpülərin böyük əksəriyyəti yeni körpülər hesab olunur. Bu körpülər 20 ilə qədərdir istismara verilib”.
Bunu Faktmedia.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib.
O bildirib ki, bu səbəbdən istər yeraltı və yerüstü piyada keçidləri, tunellər, ümumi nəqliyyat vasitələrinin istifadə etdiyi körpülər hələ ki, qənaətbəxşdir. Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, onlar nə fiziki, nə vizual yoxlamalardan və yaxud inspeksiyalardan keçmirlər. Əslində vizual olaraq yoxlamalar və inspeksiyalar aparılmalıdır. Həmin yoxlamalar betonun keyfiyyətini, dözümlülüyünü aşkar edərək bizdə əminlik yaradacaq prosseslər həyata keçirmiş olacaq".
Ekspert əlavə edib ki, bizim ümidimiz hələ ki, bu körpülərin yaxın vaxtlarda istismara verilməsidir:
"Bundan əlavə regionlarda, kənd və rayonlarda istifadə olunan körpulərin istismara yararsız vəziyyətdə olduğunun sosial şəbəkəlqrdə, KİV də dəfələrlə şahidi oluruq. Həmin ərazi üzrə məskunlaşan sakinlər özləri dəfələrlə bu məlumat verirlər. Əslində sakinlərin şikayətləri olmadan müvafiq icra orqanlarının nəzarəti olmalıdır. Onlar bu prossesi təsbit edib qarşısını almalıdırlar. Yaxşı olar ki, mövcud istismara verilən körpülərin, tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin davamlı olaraq həm vizual, həm də inspeksiyası həyata keçirilsin".
Rəna Həsənova