"Yeniyetməlik dövrü 11-12 yaşdan, 14-15 yaşadək müddətini əhatə edir. Yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq lazım deyil".
Bunu Faktmedia.az-a psixoloq Aytən Ələkbərova deyib.
Psixoloq əlavə edib:
"Çünki biz baxırıq ki, 17-18 yaşındakı gənc belə hələ də yeniyetməlik dövrünü yaşayır. Demək orqanizmin orqanik quruluşundan və bioloji faktorun varlığın hansı yöndə getməsindən asılıdır. Bu dövrdə pedaqoji çətinlikləri birbaşa uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji məqamları nəzəri diqqətində özünə cəmləşdirir. Yeniyetmələrin mən özüm bilirəm, sən mənim işimə qarışma kimi fikirlərlə "mən" obarazından daha çox çıxış edirlər. Bəzən valideynlər digər insanların yanında övladım bunu mənə dedi, mənim övladım tərbiyyəsizdir kimi bir düşüncə ilə sanki həmin anda çox aqressivləşir. Bundan sonra yeniyetmənin şəxsiyyətinin formalaşdığı dövrdə çox ağır üsulu olaraq təhqir edici sözlərdən istifadə edirlər. Bu zaman mütləq şəkildə psixoloqa müraciət olunmalıdır".
Havar Şəfiyeva