"Boşanmaların əsas səbəbləri gündəmdə olan sosial şəbəkələrdir. İnsanların günün daha çox hissəsini sosial şəbəkələrdə keçirilməsi, virtual aləmə qərq olması və yanındakı insana zaman ayırmaması, diqqətdə saxlamaması onları viruallaşır. Və nəticədə də virtual dostluqlar, münasibətlər insanları yoldan çıxarda bilir".
Faktmedia.az xəbər verir ki, bunu psixoloq İlhamə Mustafayeva son zamanlar ünsiyyətin qırılması, boşanma hallarının artmasının səbəbinə cavab olaraq deyib.
Psixoloq əlavə edib ki, filmlər, seriallar, gözqamaşdıran görüntülər sayəsində qadınlar "boşansam daha yaxşı həyat quraram, şansım açılar, mən də o filmdəki xanımın yaşadığı kimi bir həyat yaşayaram" deyə düşünürlər. Müasir dövrdə boşanmaların səbəblərindən biri də, qadınlar artıq psixoloji, fiziki şiddətlərə dözmək istəmirlər. Əvvəlki dövrləri götürsək qadınların psixologiyasında kişi necə olursa olsun, birinci mənim qismətimdir, dözməliyəm, övladım ata-analı böyüməməlidir kimi düşüncələr var idi. Amma indi bu düşüncə yavaş yavaş azalmaqdadır. Artıq kütləvilikdən çıxıb fərdiliyə doğru gedirlər. Yəni hər kəs kütlənin nə deməyindən asıllı olmayaraq fərd kimi xoşbəxt olmaq istəyir. Elə qadınlar var ki, həyat yoldaşının bir sözü belə onun qəlbinə toxunur və ailə dağıtmağa hazır olur".
Havar Şəfiyeva