"Bir neçə gündür ki, Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycandakı insanlar da çox narahatdır. Buna əsas səbəb sosial mediadır".
Bu sözləri Faktmedia.az-a psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, əgər gedişatdan tam detallı xəbərimiz olmasa, insanlar bu qədər təşvişə düşməz:
"Həm də insanların narahat olma səbəblərdən biri Azərbaycanda da bu təhlükənin olması ilə bağlı olan fikirlərdir. Seysmoloqlar belə bu haqda tam məlumatlı deyillər və dolğun informasiya vermirlər. Bu da insanların həyəcan keçirməsinə səbəb olur, normal haldır. Təklif edirəm ki , sakitçilyi qorusunlar, səbr edib çalışsınlar ki, negativ xəbərlərə, mənfi enerji yayan videolara az baxsınlar. Bacara bildiyimizi edirik, bacara bilmədiyinizi də sadəcə qəbullanırıq".
Psixoloq əlavə edib ki, çünki bu dövlət səviyyəsində olan bir məsələdir:
"Fövqəladə hadisə olduğundan təkcə vətəndaş buna müdaxilə edə bilmir. Depresiyaya düşməmək üçün evdə çox oturmamaq, öz işimizi davam etdirmək, həmişə özümüzə necə planlar qurmuşuqsa həmin planlar üzrə həyatlarımızı davam etdirməliyik. Özünə qapanaraq oturmaq depresiya hallarını daha da artırır".
Havar Şəfiyeva