İnternet insanlar arasında ünsiyyət problemi yaradır".
Bu sözləri Vəfa Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyin sədr iFatimə Hacıbəyli Faktmedia.az saytına açıqlamasında qeyd edib.
Sosioloq bildirib ki, hazırda sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır:
"İnternet cütlüklər arasında ünsiyyət problemi yaradır. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar. Müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu "doldurmağa” çalışırlar."
Sosial şəbəkələrdə hədindən artıq vaxt keçirilməməli, daha çox ailə, uşaqla ünsiyyətdə olunmanın lazımlı olduğunu deyən Fatimə Hacıbəyli qeyd edib ki, bəzən buna görə ailələrdə yuxu rejimi də pozulur:
"Ana uşağıyla maraqlanmalı, uşaq yatandan sonra sosial şəbəkələrdə vaxt keçirməli. Amma internetdən istifadə asılılıq vəziyyətinə keçəndən çox pis nəticələrdə olur".
Havar Şəfiyeva