İngilis dilindən tərcümədə təcavüz növlərini təsvir edən sözlərin internetdə axtarışı 1740 faiz artıb.
Faktmedia.az xəbər verir ki, adınlara qarşı şiddət və təcavüzlə bağlı lüğəti araşdıran mütəxəssis bildirib ki, bu sözlər feminizmdə geniş istifadə edilir. Qadınları müdafiə etmək məqsədilə paylaşılan sosial mesajlar, videolar sosial mediada milyonlarla izlənilir. Bu da həmin problemin qabardılmasında, diqqət mərkəzində saxlanılmasında böyük rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, təkcə Misirdə qadınların 30 faizi əri və ya sevgilisi tərəfindən fiziki və cinsi zorakılığa məruz qalır. Amma buna baxmayaraq qanunda bu zorakılığa dair çox az maddə əks olunub.
Mütəxəssislərin fikrincə, zorakılıq müxtəlif cür ola bilər.
Qeyd edək ki, Şimali İrlandiyada parlamentə seksual zorakılığa qarşı yeni qanun layihəsi təqdim edilib. Qanuna bir sıra yeni ifadələr daxil edilib. Şəxsin icazəsi olmadan çəkilən şəkillər və ya videolara aid yeni maddələr yazılıb. Çünki polisə şikayət edə bilmək üçün qanunda həmin məsələ qadağan edilməlidir.
Sevinc Hüseynova