"Ruben Vardanyanın Rusiyanın layihəsi idi və bu layihəni Azərbaycanla yanaşı heç Ermənistan da bəyənmirdi”.
Bu sözləri Faktmedia.az-a Hərbi-siyasi şərhçi Səxavət Məmməd deyib.
O bildirib ki, Ermənistanın istəməmə səbəbi Paşinyanın Rubeni özünə təhdid görməsidir:
“Vardanyan layihəsi əgər Qarabağda uğurlu olsa idi, Rusiya onu Ermənistana da transfer edə bilərdi. Azərbaycan isə Qarabağda doğulmamış, Qarabağda yaşamamış biri ilə danışmaq niyyətində deyildi. Rəsmi Bakı açıq bəyan etdi ki, Ruben Vardanyanla danışmayacaq. Bunun üzərinə ekofəalların aksiyası vəziyyəti bir qədər də qəlizləşdirdi. Azərbaycan bəlkə Vardanyanla danışa bilərdi, ancaq onun gəlişi ilə birgə müstəqillikdən, azadlıqdan dəm vurması Bakını hiddətləndirdi və qəti mövqe ortaya qoyuldu. Rusiya başa düşdü ki, Vardanyanla nə Bakı danışacaq, nə də Qarabağ müstəqil ola biləcək. Digər tərəfdən Avropa İttifaqının misiyası Ermənistana yerləşib. Rusiya eyni vaxtda həm Ermənistanla, həm də Azərbaycanla mübarizə aparmaq istəmədi. Ona görə də, məcbur oldu ki, Vardanyanı geri çəksin”.
Rəna Həsənova