“Azərbaycan və Ermənistan sülhə gedən yolda çoxsaylı maneələri dəf etməlidirlər və yekun nizamlanma vaxt və səbir tələb edəcək”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O bildirib ki, sülh üçün çoxlu maneələr var:
"Ermənistan və Azərbaycanın uzun illər münaqişəsi var. Yekun həllə nail olmaq üçün vaxt və səbir, həmçinin ikitərəfli razılaşmaların möhkəmliyini, etibarlılığını və sabitliyini təmin edəcək şərait yaratmaq lazımdır. Qarşılıqlı inam mühitində Rusiyanın axtardığı budur və Zaqafqaziyada sülh və təhlükəsizlik həmişə prioritet olacaq”- deyə o, əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan edib ki, Ermənistan tərəfi Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdırıb və onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərib.
Bəsti Məmməd