"Ermənistan hökuməti hazırda Azərbaycanla sülh sazişinin yeni variantı üzərində işləyir və onu yaxın vaxtlarda Rəsmi Bakıya təqdim edəcək".
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, Ermənistan üçün beynəlxalq mexanizmin hazırlanması vacibdir:
“Ermənistan üçün Stepanakert və Bakının Dağlıq Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə edəcəyi beynəlxalq mexanizmin hazırlanması son dərəcə vacibdir. Eyni zamanda, hazırkı sülh müqaviləsi layihəsində Dağlıq Qarabağla bağlı müddəa var, lakin mətn hələ yekunlaşdırılmayıb”- deyə o vurğulayıb.
Bəsti MƏMMƏD