Ermənistan Azərbaycandan yeni sülh təklifləri alıb və onları üzərində məsləhətləşmələr aparır.
Faktmedia.az xəbər verir ki, bunu çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə birgə mətbuat konfransında bildirib.
"Biz Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ilə görüşməli idik, lakin Ermənistan tərəfi "Laçın dəhlizinin blokadası" ilə əlaqədar iştirakını təxirə saldı. Buna baxmayaraq, biz təkliflərimizi Azərbaycan tərəfinə verdik və bu yaxınlarda Bakıdan yeni təkliflər aldıq. Sülh müqaviləsinin üzərində işləməyə davam edirik", - deyib.
Bəsti MƏMMƏD