"Vaşinqtondakı səfirliyimiz qarşısında fevralın 26-da Xocalı soyqırımının anım günündə ermənilərin təxribata əl ataraq müxtəlif mahnılar səsləndirmələri bu millətin xislətinin, dinc, əli yalın insanların, uşaqların, yaşlıların qadınların vəhşicəsinə qətlə yetirilməsinə dəstək vermələrinin göstəricisidir. Bununla onlar növbəti dəfə necə bir toplum olduqlarını bütün dünyaya nümayiş etdirmiş oldular".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. Politoloq əlavə edib ki, bu hadisə faktiki olaraq dinc və günahsız insanların ölümünə ermənilərin haqq qazandırması kimi qiymətləndirilməlidir və bütün sivil dünya tərəfindən qınanmalıdır:
"Bununla xaricdəki erməni lobbisi həm də sülh istəmədiyini, Azərbaycanla normal münasibətlərin bərpa olunmasını istəmədiklərini ortaya qoymuş olurlar. Görünın odur ki, son bir neçə gündür müzakirələrin intensivləşməsi, Blinkenin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş, Lavrovun vasitəsi ilə müzakirələrin keçirilməsi və yaxın zamanlarda Avropa İttifaqının təşəbbüsü ilə keçiriləcək görüşlər hansısa dairələri narahat edir. Odur ki, bu cür təxribatlar konkret olaraq həm də sülh gündəliyinin pozulmasına cəhd kimi qəbul olunmalıdır".
Politoloq əlavə edib ki, ayrı-ayrı ölkələrdəki lobbilərinin girovuna çevrilmiş ermənilərin nəhayət gözlərini açması və həqiqətləri görməsi lazımdır:
"Onlar başa düşməlidirlər ki, Ermənistanın normal inkişafı və bir müstəqil ölkə kimi mövcudluğu Azərbaycanla sülhdən keçir. Çünki məhz Azərbaycanla sülh Türkiyə ilə əlaqələrin bərpasına, regindakı vacib layihələrdrə iştiraka və nəticədə erməni əhalisinin güzəranının yaxşılaşmasına gətirib çıxara bilər. Əks halda Azərbaycanın daha 30 il kiminlərinsə nazı ilə oynamaq fikrində olmadıqlarını bilməli və bunu dərk edərək qərar verməlidilər".
Qeyd edək ki, Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar
Rəna Həsənova