“Bir separatçının başqa bir separatçı ilə əvəz edilməsi ilə ilə heç nə həll olmur. Ruben Vardanyanın “vəzifə”dən uzaqlaşdırılması erməni əsilli insanlar arasında separatçı rejimə olan inamın azalması baxımından müsbət hadisədir. Belə ki, hələ də hansısa xülyalarla yaşayan ermənilər onun məhz Bakının təkidi ilə vəzifəsindən azad olunduğunu yaxşı dərk edirlər və bu da onlarda Azərbaycanın Xankəndi üzərində təsir imkanları haqqında təsəvvürlərin formalaşmasına səbəb olur".
Bunu Faktmedia.az-a Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov deyib.
"İkinci bir tərəfdən ermənilər onu da anladılar ki, Rusiyanın “Vardanyan layihəsi” iflasa uğradı və rəsmi Moskva bu layihənin heç bir pespektivi olmadığını başa düşdü. Bu isə öz növbəsində Rusiyanın separatçı rejimə dəstək imkanlarının da düşünüldüyü qədər geniş olmadığını dərk etmək üçün növbəti sübutdur. Amma bu bizim üçün yetərli deyil. Bir separatçının başqa bir separatçı ilə əvəz edilməsi ilə ilə heç nə həll olmur. Onsuz da Azərbaycan olaraq biz nə "DQR" adlı qurumu, nə də onun "başçısı" A. Arutunyanı tanımırıq. Odur ki, onun verdiyi qərarlar da bizim üçün böyük ölçüdə heç nəyi həll etmir. Bizim istədiyimiz bütün ərazilərimizi öz yurisdiksiyamıza tabe etdirməkdən ibarətdir. Bunun üçün ilk növbədə Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsi təmin edilməlidir. Başqa sözlə desək həmin ərazidə Ermənistan-Laçın sərhəddində kömrük və nəzarət buraxılış məntəqələrinin qurulması məsələsi həll olunmalıdır. Bu addım separatçıların beyinlərində hələ də qalmaqda davam edən “miatsum” ideyalarına birdəfəlik nöqtə qoymaq baxımından olduqca vacibdir. Ermənilər başa düşməlidir ki, onların Qarabağ ərazilərində qalıb yaşamasının və fəaliyyət göstərməsinin tək yolu Azərbaycan qanunlarına tabe olmaqdan keçir. Həmin ərazilərdə yaşayacaq ermənilər Azərbaycan vətəndaşlıqlarını təsdiq etdirməlidirlər".
Politoloq əlavə edib ki, başqa sözlə desək ermənilər oyuncaq qurumlarına kimin nazir təyin olunması üzərində deyil, Azərbaycana necə inteqrasiya olmaları üzərində fikirləşməlidirlər:
"Buna parallel olaraq üçtərəfli bəyanatın tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması istiqamətində addımların atılması lazımdır. Yəni, erməni hərbi birləşmələri ərazilərimizdən çıxarılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunması və insanımızın öz doğma yurdlarına qayıtması".
Havar Şəfiyeva