"İranın Azərbaycana münasibətinin köklərinin vəzifəsini həm dövlətinin quruluş fəlsəfəsində və idealogiyasında axtarmaq lazımdır. Məlum olduğu kimi bu gün İran dediyimiz ölkə minilliklər boyu Azərbaycanın türklərinin yerində öz sülalə dövlətini qurub hökmranlıq edib. Bu türk Azərbaycan dövlətlərindən sonuncusu isə Qacar dövlətidir".
Bunu Faktmedia.az-a siyasi şərhçi Çingiz Göytürk deyib.
O bildirib ki, 20-ci əsrin əvvələrində qlobal güclərin planları əsasında Qacar dövləti devrilib, yerinə Fars sülaləsi dövlətin başına gətirildi:
"1935- ci ildə isə həmin dövlətə rəsmən İran adı verildi. Bu coğrafiyada yaşayan millətləri, o cümlədən əhalinin yarısını təşkil edən Azərbaycan türklərin fars kimliyi təməlində süni bir millət formalaşdırmağa hədəfləyən parairanizmi özünə dövlət ideologiyası olaraq seçdi. İslam İnqilabından sonra da İran həmin ideologiyanı əsas götürərək xarici siyasətdə bu əsaslarda formalaşdırdı. Bu da doktarinaya əsasən Azərbaycan adlı bir dövlətin varlığı Güney Azərbaycanda yaşayan 40 milyonluq Azərbaycan türklərinin assimilyasi prosesini dayandırıb, Güney azərbaycanlılarının öz milli dövlətini yaratmaq düşüncələrinə təkan verə bilər, buna ciddi şəkildə örnək və model ola bilər. Buna görə də İran Azərbaycanın varlığını öz milli təhlükəsizliyi üçün ciddi bir problem olaraq görür".
Siyasi analitik əlavə edib ki, Azərbaycan öz müstəqilliyini elan etdiyindən bəri, hər fürsətdən ona qarşı öz düşmən mövqeyini nümayiş etdirir:
"Bütün bunlara baxdığımızda Rusiyanın Ukrayna savaşında məğlubiyyəti İranın Azərbaycana qarşı mövqeyini dəyişməsini zənn etmək ciddi bir səhv ola bilər. Ancaq Rusiyanın İrana dəstək alan dövlətlərdən biri kimi nəzərə alsaq və bu günə qədər İranın ayaqda durmasında Rusiyanın rolu olduğunu nəzərə alsaq Rusiyanın bu savaşda məğlubiyyətinin Azərbaycana qarşı düşmən mövqeyinin sərgiləməkdə imkanlarının məhdudlaşacağını söyləmək çətin deyildir".
Havar Şəfiyeva