"Amerika Rusiyanı dünya siyasi arenasından silmək istəyir. Təbiidir ki, bu münaqişədə Avropa dövlətləri də alətə çevrilib və ABŞ-ın təsiri altına düşərək Rusiya əleyhinə bir koalisiya yaradılıb".
Bunu Faktmedia.az-a siyasi şərhçi Azad Məsiyev deyib. Politoloq bildirib ki, ABŞ Çini də özünə düşmən elan edib:
"Xatırlatmaq istəyirəm ki, ABŞ koronavirusa görə, bir neçə dəfə Çinə qarşı sanksiya tətbiq etməyi düşünmüşdü. NATO toplantısında da bu barədə fikir mübadiləsi aparılıb. NATO-ya daxil olan dövlətlər orta qərara gəlmədilər. ABŞ-ın əsas məqsədi Rusiya və Çini siyasi arenadan silməkdir. Çünki onlar imperatorluğu demokratiya adı altında həyata keçirmək istəyirlər. Bu imperatorluğun da qarşısını ala biləcək dövlətlər Çin və Rusiyadır. Dünyada nə qədər xaos yaranırsa bu xaosun fonunda ABŞ öz maraqlarını həyata keçirir. Təbiidir ki, Amerikanın imperatorluğun genişləndirilməsi Çin və Rusiya müttəfiqliyini daha da gücləndirir".
A. Məsiyev əlavə edib ki, Rusiya kosmosu fəth eləyən dövlətdir:
"Rusiya ilə hərbi güclə danışmaq axmaqlıqdır. Rusiya-Ukrayna müharibəsində amerikan psixologları ictimaiyyəti yanlışlığa sövq edir. Bu münaqişənin başlanması ilə əlaqədar dünyada ictimai xaos yarandı və 10 illiklərlə yaranan siyasi sistem dağıldı. Kimin qələbəsi ilə bitməsindən asıllı olmayaraq əvvəlki sistemi bərpa etmək qeyri mümkündür. Onu da qeyd edim ki, Rusiyanın məğlubiyyəti dünyanın məğlubiyyəti deməkdir. Yaxınlarda Rusiya prezidenti nüvə sazişi ilə bağlı bəyanat verdi və bu göstərir ki, Rusiyanı dünya siyasətində məğlub etməsi, nüvə silahının işə düşməsi deməkdir. Bu da bəşəriyyətin məhvinə gətirib çıxaracaq".
Havar Şəfiyeva