"Ermənistanın təklifi ilə Avropa Şurası qərar qəbul edib. Qarabağda Fransa və Almaniyanın iştirak etdiyini vurğulayırlar, amma gələnlərin hamısı Almaniya kəşfiyyat idarəsinin adamlarıdır".
Bunu Faktmedia.az politoloq Cümşüd Nuriyev deyib.
Politoloq əlavə edib ki, Almaniya o vaxtdan müharibədə uduzandan sonra hər şeyi polisin əli ilə edirlər:
"Fransa da öz maraqlarını güdür. Əslində Rusiya da bunu başa düşür. Rusiya bəyan elədi ki, ABŞ Rusiyanı Qafqazdan çıxartmaq istəyir. Ayın 27- si Lavrovun Bakıya səfərin də əsas məqsədi budur. Azərbaycan uzun müddət Rusiyanı başa salmaq istəyirdi ki, ermənilərə bel bağlama, onlar xəyanətkardır. Ermənilər də öz xidmətlərinə uyğun hərəkət elədilər. Rusiya Ermənilərin kim olduğunu gördü, burada əsas məqsəd Ermənistan Rusiyanı siyasi təsirindən qurtarmaq idi. Paşinyan özünü elə hesab edir ki, böyük bir imperiya olan Rusiyanı, həm qoca Avropanı, həm də ABŞ-ı aldada biləcək. Ermənistan özü də də bilmir ki, oyunun harasındadır".
Politoloq əlavə edib ki, onların məqsədi ikinci cəbhənin açmaqdır:
"Əgər ikinci cəbhə açılsa bu Rusiyanın əleyhinə olacaq. Ona görə də Rusiya buna baş qoşmayacaq. Bir ehtimalı gündəmə gətirmək olar ki, Rusiya Ermənistanın arxasından çəkilə bilər".
Havar Şəfiyeva