"İrana münasibətdə islam inqilabında mühüm rol oynayaraq ABŞ-İsrail cütlüyünü 1979-cu ildə İrandan çıxararaq bu ölkə üzərində təsir dairəsi əldə etmiş Fransa və Rusiya anqlo-saksonların ABŞ qoluna nisbətdə daha yumşaq mövqe tutur".
Bunu Faktmedia.az-a politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Gürcüstanda ABŞ-yönlü post-Saakaşvili dövründən sonra Fransa vətəndaşı Zurabişvili və rusiyayönlü oliqarx İvanişvilinin kondominium prinsipi əsasında ölkəni ABŞ-ın cəngindən çıxarıb birgə idarəetməsi, habelə Fransa erməni lobbisinin dəstəklədiyi Paşinyanı Rusiyanın devirməməsi də onu göstərir ki, anqlo-saksonlara qarşı Fransa və Rusiya yeri gəldikdə birləşə bilərlər:
"İranın Azərbaycana qarşı son dövrlərdəki tutumu da onu göstərdi ki, özünə yaxın iki ölkəni - İran və Ermənistanı BP-nin maraqları baxımından İngiltərənin diqqətində olan Azərbaycana qarşı səfərbər etməyi bacaran Fransa bölgədə öz maraqlarını istənilən yolla qorumaq istəyir. Ukraynada üz-üzə gələn Rusiya və ABŞ - İngiltərə ittifaqından ibarət anqlo-sakson və rus rəqabəti Qarabağda da davam edəcəkdir və tərəflərdən hansı güclənsə, onun istədiyi yeni bölgə düzəninin formalaşması ilə başa çatacaqdır. Sülhməramlıların ekofəalların tələbini yerinə yetirməsi isə bu böyük oyunda həlledici epizodlardan biri olacaqdır".
Havar Şəfiyeva