Sovet İttifaqının Afrika xalqlarının müstəmləkəçiliyə qarşı mübarizəsinə verdiyi töhfə müasir Rusiyaya qitədəki mövqelərini möhkəmləndirməyə imkan verir.
Faktmedia.az xəbər verir ki, Rusiyanın Fransa üzərindəki bu üstünlüyünü müsahibəsində Sankt-Peterburq Universitetinin Avropaşünaslıq kafedrasının baş müəllimi və Valday klubunun eksperti Aleksey Çixaçev adlandırıb.
Politoloq xatırladıb ki, SSRİ də onsuz da müstəqil olan Afrika dövlətlərinə əhəmiyyətli yardımlar edib. "Rusiya Afrikada müstəmləkə keçmişinin olmaması faktorundan istifadə edə bilər. Rusiyanın müsbət xatirəsi qitədə mövcudluğu üçün çox yaxşı fondur", - Çixaçev bildirib.
Bu səbəbdən bəzi Afrika ölkələrində, o cümlədən fransızca danışan Mali və Burkina Fasoda keçirilən mitinqlərdə insanların getdikcə daha çox Rusiya bayraqları və hətta Rusiya prezidenti Vladimir Putinin portretləri ilə görüldüyünü qeyd edib.
Havar Şəfiyeva