NATO-nun Hərbi komitəsinin rəhbəri, leytenant-admiral Rob Bauer alyansın Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduğunu açıqlayıb. O, bu barədə Portuqaliyanın RTP telekanalına müsahibəsində bildirib.
Faktmedia.az Xarici KİV-ə istinadən verdiyi məlumata görə, Bauer etiraf edibi ki, NATO hərbi təşəbbüslə inhisarını itirib və hazırda alyansın prioriteti yenidən silahlanmadır. O, həmçinin Rusiyanın strateji hədəflərinin Ukrayna sərhədlərini aşması və Moskvanın “Sovet İttifaqının qayıtması”na can atması fikrini ifadə edib.
Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Şimali Atlantika Alyansı ölkələrinə Moskvadan heç bir təhlükənin olmadığını bildirib. O vurğulayıb ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin “NATO ərazisinə zərbələr endirməyi planlaşdırdığına dair heç bir işarə görmür”.
NATO-nun baş katibi Yens Stoltenberq isə əmin edib ki, alyans Ukraynadakı münaqişənin tərəfi olmaq istəmir:
“Biz Ukraynaya qoşunlarımızı və ya NATO təyyarələrini göndərmirik. Amma biz onları texniki vasitələrlə dəstəkləyirik. Onun sözlərinə görə, hər zaman eskalasiya təhlükəsi var, ona görə də alyansın şərq hissəsində NATO-nun hərbi mövcudluğunu gücləndirmək çox vacibdir”, - deyə o bildirib.
Havar Şəfiyeva