Rusiyanın nüvə enerjisi Aİ sanksiyalarının onuncu paketinə daxil olarsa, Sofiya öz enerjisi üçün mənfi nəticələrə görə bu məhdudiyyətlərə veto qoyacaq.
Faktmedia.az xəbər verir ki, buna Bolqarıstan Prezidenti Rumen Radev zəmanət verib.
“Bolqarıstan nüvə enerjisi sahəsində Rusiya Federasiyasına qarşı mümkün Avropa sanksiyalarını təsdiq edə bilməz, çünki bu sanksiyalar bizim enerji sektorumuza birbaşa təsir edəcək. Buna görə də, əgər söhbət buna gedərsə, Bolqarıstan veto qoyacaq”, - deyə Bolqarıstan lideri əmin edib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Budapeştin Avropa İttifaqının (Aİ) Rusiyanın nüvə enerjisi sənayesinə qarşı sanksiyalarına veto qoyacağını bildirmişdi. Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Nazirlər Kabineti Macarıstanda inflyasiyanın daha da artmasına səbəb olacaq məhdudiyyətlərin tətbiqinə icazə verməyəcək.
“Burada ən vacib məsələ enerjinin qiymətidir. Ona görə də nüvə enerjisinə sanksiyaların genişləndirilməsi planının həyata keçirilməsinə imkan verməyəcəyik”, - deyə o söz verib.
Havar Şəfiyeva