Malatyada dağıntılar altından 29 saat sağ qalan Mehmet Tekeş müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktmedia.az xəbər verir ki, Mehmet Tekeş üç yaş yarımlıq oğlu Miranı qucaqlayaraqonu zədələnmədən qoruyub.
Dağıntılar altından yaralı olaraq xilas edilən Mehmet Tekeş müalicə olunduğu Malatya Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.
Miranın 5 yaşlı bacısı Almira və anası Birgül Tekeş zəlzələdən yaralı sağ çıxıb və Malatyada müalicələri davam etdirilir.
Xavər Həsənova