İranın çoxlu sayda nüvə silahı yaratmaq potensialı var.
Faktmedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı bu barədə xəbərdarlıq edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Qrossi nüvə silahı ilə bağlı risklərin ciddi olduğunu, İranın nüvə proqramının əhəmiyyətli dərəcədə artdığını bildirib. O qeyd edib ki, həddindən artıq ehtiyatlı olmaq lazımdır. İran nüvə silahı üçün kifayət qədər material toplayıb. Onlarda 60 faiz zənginləşdirilmiş uran var.
Rəsmi Tehran isə bu iddiaları qəbul etməyib. Açıqlamada İranın nüvə silahı istehsal etmədiyi vurğulanıb.
Qeyd edək ki, 2-ci Dünya Müharibəsində ABŞ atom bombasını istehsal etdikdən 2 ay sonra Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə zərbələr endirib. Bunun nəticəsində, 100 mindən çox insan həyatını itirib. Radiasiyanın təsirinə məruz qalan yüz minlərlə insan ağır xəstəliklərə düçar olub.
Sevinc Hüseynova