“Bu şəraitdə üçtərəfli görüş mənasız olardı. Edilənlərin bir məqsədi var ki, o da İsveçin NATO-ya qoşulmasının qarşısını almaqdır.
Finlandiya ilə problemlərimiz İsveçə baxanda daha azdır. İsveç hökuməti bu alçaq hərəkətə icazə verməkdə şərik olub".
Faktmedia.az Türk mediasına istinadən xəbər verir ki, bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
"İsrail hökumətinin bu cür hücum və təxribatlardan əl çəkməsini istəyirik. Ölən qardaşlarımıza başsağlığı verirəm", - deyə nazir əlavə edib.
Bəsti Məmməd