İsveçdə elektrik enerjisi çatışmazlığı proqnozlaşdırılır.
Faktmedia.az xəbər verir ki, 2027-ci ildən İsveç elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər.
Hələ 2027-ci ildə İsveçdə elektrik enerjisi çatışmazlığı yarana bilər, deyə elektrik şəbəkəsi operatoru Svenska kraftnat şirkətinin nümayəndəsi Mattias Jonsson müsahibəsində bildirib:"Biz görürük ki, sənayenin elektrik enerjisinə tələbatı yeni elektrik enerjisi istehsalının genişləndirilməsindən qat-qat sürətlə artır və 2027-ci ildən İsveçdə elektrik enerjisi çatışmazlığı yarana bilər".
Ölkə elektrik enerjisi istehsalını genişləndirə bilməsə, böyük sənaye investisiyaları qeyri-mümkün olacaq. Məlumata görə, qısa müddətdə yerüstü külək enerjisi ilə təmin etmək mümkündür. Lakin uzunmüddətli perspektivdə ölkədə külək stansiyaları və yeni atom elektrik stansiyası reaktorları tikilməlidir.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə bir sıra Avropa ölkələri elektrik enerjisi ilə bağlı mümkün problemləri açıqlayıb. Bundan əlavə, yanvar ayında Finlandiya sakinlərinin qışda elektrik enerjisinə qənaət etdiyi bildirilir.
Havar Şəfiyeva