Abşeron rayonunda, əsasən də Saray və Masazır qəsəbələrində tikilən fərdi yaşayış evlərinin sayı hər gün artır. Torpağın təyinatı, yüksəkgərginlik elektrik xətti, qaz xətti kimi heç faktor evlərin tikintisinin qarşısını ala bilmir. Çünki Sumqayıt və Abşeron İcra Hakimiyyətləri harda və necə gəldi torpaq sata bilirlər. Son zamanlar isə maklerlərin torpaqları alıb ev tikməsi dəb halına gəlib. Yenə də icrahakimiyyətləri bu oyuna da qol qoyurlar.
Bu barədə faktmedia.az-a danışan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov
Artıq o qədər sənədsiz ev var ki, onların qeydiyyat məsələsi çətindir. Çünki heç bir təhlükəsizlik məsələləri qorunmayıb. Qaz, işıq xətti, avtomobil, dəmir yolu üstündə tikilən evlər də var. Onların təhlükəsizliyinə qarşı nəsə etmmək mümkün deyil. Sürüşmə zonasında da tikilən evlər çoxdur və heç bir sənədi yoxdur. Bu evlərin aqibəti bəllidir.Ən yaxşısı o evlərin ləğv olunmasıdır. Amma elə evlər də varki, bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb, onların sənədləşməsi mümkün olacaq".
Rəna Həsənova