Naxçıvan Muxtar Respublikasına yeni təyin edilmiş Prezidentin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid və qazi ailələri ilə görüşdə şəhid qızının əlini öpüb.
Faktmedia.az xəbər verir ki, sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanan bu görüntülər 30 dekabr 2022-ci il tarixində, nümayəndənin şəhid və qazi ailələri ilə görüşü zamanı qeydə alınıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.
Bəsti MƏMMƏD