Azərbaycanın Tehrandakı səfirliyinə olunan terror aktı zamanı şəhid olan Orxan Əsgərov haqqında yeni faktlar ortaya çıxır.
Faktmedia.az xəbər verir ki, şəhid Orxan Əsgərov ABŞ-da təhsil alıb.
Belə ki, o, yuxarı sinif şagirdləri üçün olan FLEX proqramı ilə 1998-1999-cu illərdə ABŞ-da təhsil alıb
O. əsgərov 600-dən yüksək balla universitetə daxil olub.
Qeyd edək ki, FLEX Proqramı Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdlərinin müraciət etdikləri tələbə mübadilə proqramıdır. Açılışı “Future leader’s exchange” olan Flexin ana dilimizə tərcüməsi isə “Gələcəyin liderləri mübadiləsi”dir. ABŞ dövləti tərəfindən maliyyələşdirilən bu proqrama hər il dünyanın dörd bir yanından 30000 nəfərə yaxın şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilir. Azərbaycan isə bu proqrama 25 ildən çoxdur ki, qoşulub və hər il 16-20 nəfər arasında şagird proqramda iştirak etmək hüququ qazanır.
Bəsti Məmməd