Avropa İttifaqı Rusiya qarşı sanksiyaların 10-cu paketini nəzərdən keçirib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
Sanksiya paketi fevralın 24-nə - Ukraynada xüsusi hərbi əməliyyatın ildönümünə qədər təqdim edilə bilər.
"Biz 10-cu sanksiyalar paketini tətbiq etməyi hədəfləyirik. Mövcud sanksiyalar Rusiya iqtisadiyyatını sarsıdır. Rusiya neftinin qiymətinin həddi hər gün Moskvaya təxminən 160 milyon avroya başa gəlir", - deyə sədr bildirib.
Bəsti Məmməd