Fransa prezidenti Emmanuel Makron Rusiya ilə danışıqlara davam edəcəyini bildirib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron Yelisey sarayında təşkil edilən görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
“Başqa vaxtlarda bəziləri məni Rusiya ilə danışdığım üçün tənqid edirdilər. Mən yenə də Rusiya ilə danışığı davam etdirməyi düşünürəm”, - Makron bildirib.
Makron əlavə edib ki, imperialist Rusiya hakimiyyəti qalib gəlsə azad və sabit beynəlxalq nizam pozulacaq. Buna görə isə hamı məsuliyyət daşıyır.
Bəsti Məmməd