Səfir Antonov Rusiya ilə ABŞ arasında əməkdaşlıq istiqamətlərindən danışıb.
Faktmedia.az xəbər verir ki, səfir Antonov START və kosmik əməkdaşlığı ABŞ-la dialoqun yeganə səbəbi adlandırıb.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Strateji Silahların Azaldılması Müqaviləsi (START) və kosmosda əməkdaşlıq ABŞ-la hələ də dialoqun davam etdiyi yeganə sahələrdir. O, bu barədə Birinci Kanalın efirində danışıb.
Bundan əvvəl Anatoli Antonov əmin edib ki, Rusiya Vaşinqtondan fərqli olaraq, bu illər ərzində Strateji Hücum Silahları Müqaviləsinin məqsədlərinə qüsursuz şəkildə əməl edib.
Havar Şəfiyeva