Cənubi Afrika yaxın on il ərzində onlarla Afrika gepardını Hindistana gətirmək üçün müqavilə imzalayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Afrikanın ətraf mühit departamenti bildirib ki, 12 geparddan ibarət ilk partiya gələn ay göndəriləcək.
O, növbəti 8-10 il ərzində "yaşayış qabiliyyətinə malik və təhlükəsiz gepard populyasiyasının" yaradılmasına kömək etmək üçün hər il bir neçə gepardları göndərməyi planlaşdırır.
Qeyd edək ki, Asiya gepardları Hindistanda 1940-cı illərin sonlarında həddindən artıq ovlanma və yaşayış yerlərinin itirilməsi səbəbindən nəsli kəsilib.
2020-ci ildə Hindistanın Ali Məhkəməsi fərqli bir alt növ olan Afrika gepardların eksperimental olaraq ölkəyə gətirilə biləcəyinə qərar verib.
Bəsti Məmməd