"Rusiya döyüş meydanında məğlub ola bilməz. Onlar (Qərb elitası – TASS) başa düşməyə bilməz ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Federal Məclisə müraciətində bildirib.
“Qərbin elitası Rusiyanı, necə deyərlər, “strateji məğlubiyyət”ə düçar etmək məqsədini gizlətmir. Bu nə deməkdir, bizim üçün nədir? Bu o deməkdir ki, onlar bizi birdəfəlik aradan götürmək istəyirlər. Başqa sözlə, lokal münaqişəni qlobal qarşıdurma mərhələsinə göndərmək istəyirlər”, - Putin vurğulayıb.
Putin əlavə edib ki, biz hər şeyi məhz belə başa düşürük və buna görə də reaksiya verəcəyik. Belə olan halda ölkəmizin varlığı gündəmdədir.
Bəsti MƏMMƏD