Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücüm bütün Azərbaycan Xalqını sarsıtdı. Hər bir vətəndaş müxtəlif variantlarda bu terror aktını qınadı. Bəzi tanınmış şəxslər də bu mövzuda aktivlik göstərib.
Faktmedia.az terrora susmayan, sosial şəbəkələrdə öz münasibətini bildirən simaları təqdim edir:
Tanınmış jurnalist Elçin Əlibəyli sosial şəbəkədə status yazmaqla kifayətlənməyib, İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya təşkil etməyə də çalışıb. Lakin aksiya məqsədəuyğun hesab edilməyib, buna icazə verilməyib. Jurnalist televiziyalara da müsahibə verib, öz fikirlərini çatdırmağa çalışıb. Həmçinin bir neçə paylaşım da edib.
Xalq artisti Faiq Ağayev də aktivlik göstərən məşhur şəxslərdəndir. Hücum edən şəxsin İranın yerli telekanalına müsahibə verməsini pisləyərək belə yazıb: "Hələ istintaq bitməmiş bu canini bədnam Sahar TV-nin yayımına çıxardıblar. Əminəm ki, Azərbaycan dövləti bu qanlı terror aktını cavabsız qoymayıb, ən tez zamanda lazımi tədbirlər görəcək".
Şair Aqşin Yeniseydə öz təbirincə layiqli paylaşım edib və İran tarixini belə xatırladıb: "Fars (Persiya), indiki İran tarixi doludur bu cür xəyanətkar əməllərlə. Hələ 260-cı ildə Persiya şahı Şapur romalılara məğlub olacağını görüb Roma imperatoru Valerianı danışıqlara çağırır.