"Ruben Vardanyanın "dövlət naziri" postundan uzaqlaşdırılması o demək deyil ki, ekofəallarımız dinc aksiyasını dayandıracaq".
Bunu Faktmedia.az-a millət vəkili Cavid Osmanov deyib.
Deputat bidirib ki, birincisi, Vardanyanın bu dırnaqarası vəzifədən uzaqlaşdırılması Azərbaycanın qətiyyətli mövqeyidir:
"Bu məsələ təkcə Vardanyanın uzaqlaşdırılması ilə yekunlaşmır. Onun kimi ərazilərimizdə kriminal, terrorçu qruplaşmalara rəhbərlik edən bir çox qüvvələr Azərbaycanı tərk edib getməlidirlər. İkincisi, onu qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi bu ərazilərdə, yəni tarixi torpaqlarımızda doğulub, boya-başa çatmış erməni əsilli, Azərbaycan vətəndaşlığı olanlar və bundan sonrakı mərhələdə Azərbaycan qanunları altında yaşamağı- vətəndaşlığımızı qəbul edənlərlə təmas quracaqdır. Digər bir tərəfdən ekofəallarımızın tələbi axıra kimi davam edəcəkdir. Onların tələbi aydındır. 80 günə yaxındır ki, ekofəallarımız haqlı tələblərini irəli sürürlə və bu tələblər yerinə yetirilməyənə qədər dinc aksiyalarını davam etdirəcəklər".
Qeyd edək ki, Azəbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların lideri Araik Arutyunyan “dövlət naziri” Ruben Vardanyanı “tutduğu vəzifədən azad edib.
Rəna Həsənova