"Bildiyimiz kimi cənab Prezident Münhen Təhlükəsizlik Şurasında iştirak etdi və bir daha milli maraqları qətiyyətlə ortaya qoymuş oldu. Bu, qərbin enerji böhranı üzündən Azərbaycana olan ehtiyacı və Azərbaycanı konstruktiv şəkildə sülhü dəstəkləyən, Avropa təhlükəsizliyi üçün çox böyük layihələr həyata keçirən təşəbbüskar bir ölkə kimi qiymətləndirir".
Bunu deputat İlham Məmmədov deyib. Millət vəkili bildirib ki, orada Avropa enerji təhlükəksizlik üzrə sədr qeyd elədi ki, Laçın dəhlizinə görə Azərbaycana heç bir sanksiyanın tətbiq olunmasını məqsədəuyğun hesab etmirik:
"Ən əsas məsələ konfransda bir daha Azərbaycan maraqlarını ortaya qoyulması idi. Məsələn Vardanyanın Rusiya adamı olaraq Qarabağa yerləşdirilməsini və region təhlükəsizliyinə, sülhə nail olmasına çox böyük maneəçilik törədildiyini qətiyyətlə qeyd etdi. Prezidentin orada çıxışı zamanı Qarabağ erməniləri ilə danışıqların mümkün olduğunu, lakin bunun yalnız bir şərt ilə həyata keçirəcəyini bildirdi. Bu şərt cinayətkar Rusiya adamı olan Vardanyanın sərhədlərimizdən kənarlaşdırıb rədd olunmasıdır. Prezident qətiyyətlə bildirdi ki, Vardanyan kimi cinayətkar, sülhə maniə törədən adamlarla danışıqlardan söz gedə bilməz".
Havar Şəfiyeva