"Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində çox böyük və əhəmiyyətli yer tutur".
Bunu Faktmedia.az-a İqtisadçı Eyyub Kərimli deyib. O bildirib ki, Azərbaycan Avropa üçün həm təhlükəsiz, həm sabit enerji təchizatçısı olaraq əhəmiyyətli tərəfdaş mövqeyində dayanır:
"Bu baxımdan bu gün Avropa ənənəvi enerji ixracatçısı kimi Rumınya, Macarıstan, İtalya kimi ölkələrə qaz ixracatından əlavə, alternativ yaşıl enerjinin ixracatçısı kimi artıq öz yerini göstərir. Bu gün Avropa ölkəmizə yaşıl enerji baxımından investisiya qoyur və Qaradəniz ərazisindən həmin enerjinin Avropaya daşınması nəzərdə tutulub. Və sevindirici haldır ki, həmin vəsaitin hamısı Avropa ölkələri tərəfindən Azərbaycana sərf edilir. Ölkəmizin həm külək, həm günəş enerji potensialı böyükdür. Bu da ölkəmizin əhəmiyyətini daha da artırır. Rusiya-Ukrayna müharibəsi çərçivəsində bu gün Avropanın enerjiyə tələbatı daha çoxdur. Bu baxımdan Azərbaycan Avropanı alternativ enerji ilə daha yaxşı təmin edir. Bizim BƏƏ ilə daha sıx intensiv əlaqələrimiz var. Onlar dünyada bu enerjiyə ən çox investisiya yatıran ölkələrdən biridir. Hazırda ölkəmizə 250 milyon manata yaxın bu sahəyə vəsaitin artırılması planlaşdırılır".
Havar Şəfiyeva