İtalya Azərbaycanın Avropada yaxşı münasibətdə olduğu böyük ölkələrdən biridir. Ona görə də İtalya şirkətlərinə burada işlərin verilməsi həyata keçirilə bilər".
Bunu Faktmedia.az-a iqtisadçı Xalid Kərimli deyib.
Ekspert bildirib ki, həmin şirkətlərə alternativ enerji (yaşıl enerji), abidələrin bərpası, müxtəlif podrat işləri verilə bilər:
"İtalya şirkəti orada gəlib niyə ofis açsın ki? İtalya şirkətinin orada açılması üçün ya gərək Azərbaycan və ya Ermənistan bazarı əhəmiyətli olsun ki, şirkət açıb Ermənistana, Gürcüstana məhsul ixrac etsin. İtalya Aralıq dənizinin ortasındadır və okeana çıxışı var, o öz ərazisində bu işləri görə bilər. Həmin ərazilərdə elə bir resurs yoxdur ki, deyək həmin resursa görə şirkət açmaq istəyir. Sadəcə söhbət ondan gedir ki, Şərqi Zəngəzurun bərpasında dözlət vəsait qoyacaq və orada İtalyan şirkətləri də iştirak edəcək".
Zeynəb Müzəffərli