"Vardanyanın bölgəni tərk etməsi ilə bağlı tələb Azərbaycan tərəfindən artıq bir neçə aydır ki, səsləndirilir. Cənab Prezident Vardanyanla bağlı fikrini azərbaycanlı jurnalistlərə də qeyd etmişdi. Münhendə disskussiya zamanı prezidentin çıxışı Vardanyanı bölgəyə gətirənlər və yerli separatçılar üçün bir siqnaldır".
Bu Faktmedia.az-a politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanın bu günkü rəhbərliyi ilə Vardanyan arasında münasibətlər demək olar ki, yoxdur:
"Amma öz növbəsində Vardanyanın bir çox xarici ölkələrlə yaxşı münasibətləri var və onu bölgəyə gətirənlərin də, Vardanyanın da əsas məqsədi vaxtın uzadılması ilə məşğul olmaqdır. Azərbaycan çox yaxşı başa düşür ki, vaxtı itirmək olmaz. Hal-hazırda həm Ukraynada gedən müharibə fonunda, həm də, bəzi ölkələrdə ( Ukrayna, Türkiyə,Rusiya, Amerika) seçki prosseslərinə start verilməsi mərhələsinə başlanacağını nəzərə alaraq tez bir zamanda Azərbaycan qarşısında olan çağırışları həll etmək lazımdır. Düşünürəm ki, Arutunyan və oradakı digər ermənilər Vardanyanla bağlı qərarını verməlidir. Vardanyan vəziyyətdən agahdır və bilir ki, separatçılar içərisində onu istəməyənlər var. Amma dirəniş göstərməklə məşğuldur. Yaxın günlərdə Vardanyanla bağlı gələn xəbərin hansı istiqamətdə olacağını gözləyək".
Rəna Həsənova