"Münhendə Azərbaycan və Ermənistan liderlər arasında mühüm görüş keçirildi. ABŞ-ın dövlət katibinin vasitəsilə keçirilən görüş eləcə də Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında dağları aşmaq mövzusunda olan plenar iclas çox mühüm hadisələrlə yadda qaldı".
Bunu Faktmedia.az-a politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, konstruktiv dioloqun genişlənməsi üçün çox böyük fürsət əldə edildi:
"Qeyd edilməliyik ki, Rusiya tərəfindən Qarabağa göndərilən Vardanyan mövzusuna da prezidentimiz toxundu. Aydındır ki, Vardanyanın Qarabağa heç bir aidiyyatı yoxdur. Orada anadan olmayıb, oböyüməyib və öz varidatını qazanmayıb. Moskvadan oraya göndərilərək siyasi atmosferi pozaraq sülh müqaviləsinin imzalanmasına imkan verməmək, Azərbaycan sərvətlərini qanunsuz talamaq və regiondan daşımaq kimi cinayətkar əməllərə yol açır. Onsuzda o iqtisadi cinayətkardır və çirkli pulların yuyulmasında fəaliyyət göstərir. O, bununla özünə təqribən 1 milyard ABŞ dolları toplayıb. Bu gün həmin pulları xərcləməklə özünə siyasi karyerası qurmağını güdən Vardanyan həm də, Cənubi Qafqazda sülhün bərpa etməsinə böyük zərbə vurur. Onun regionunun tərk edilməsi mövzusu aktualdır və bir müddət öncə aksiyanın keçirilməsinə baxmayaraq Vardanyan öz fəaliyyətini davam etdirdi.Mən düşünürəm ki, bu Vardanyan məsələsi bağlanmalıdır və bu hekayə sona çatmalıdır".
Havar Şəfiyeva