ABŞ prezidenti Co Baydenin Kiyevə səfərindən sonraki mərhələlərdə cəbhədəki vəziyət Ukraynanın leyhinə dəyiş biləcək bir hala gələcək.
Bu sözləri Faktmedia.az-a danışan hərbi ekspert Elxan Şıxalıyev deyib.
O bildirib ki, ABŞ ümumiyyətlə Ukraynanı dəstəkləyən qüvvələrin öncüllüyünü edir:
"50 ölkənin əslində beyin mərkəzi olaraq siyasi, hərbi beyin mərkəzi olub Amerika idarə edir. İndi bu 50 ölkə Amerikanın öncüllüyündə heç zaman olmadığı qədər Ukraynaya axıra kimi dəstək verməkdə qərarlıdırlar. Dəstək də 2 istiqamətdə olacaq. Birinci hərbi-texniki yardımın həyata keçirilməsi, ikinci də maliyə yardımının həyata keçirilməsi. Demək olar ki, keçən bu 1 il ərzində artıq Ukraynanın özünün tərəfdaşlarından, xüsusən də Amerikanın öncüllüyündəki tərəfdaşlarından hərbi-texniki dəstək olaraq almayacağı az bir şey qaldı. Artıq döyüş təyyarələrini, xüsusən də "F-16" ları Ukrayna silahlı qüvvələrinə verilməsi üzərinə müzakirələr aparılır. Halbuki, Ramştayn bir görüşündə onlara HİMARS silahlarının verilməsi üzərinə müzakirələr aparırdılarsa artıq indi "Leopard" tanklarının, kelingerlərin, Marauderlərin, tankların və döyüş texnikalarının Ukraynaya verilməsinə nail oldular. Müttəfiqləri Ukraynanın bütün qadağalarını qaldırdılar və özlərinin silahlanmasında nə qədər döyüş texnikaları varsa orada heç bir məhdudiyyət qalmadı. Dolayısı ilə Ukraynanın gücü artaraq gedəcək, Rusiya- Belarusiya cütlüyünün hərbi və maliyə gücü isə azalacaq. ABŞ-nin də Prezidenti artıq bu siqnalı verdi ki, biz axıra qədər, Rusiya müharibədə məğlub duruma düşənə kimi bu dəstəkləri verəcəyik. Təbii ki, müharibənin nəticəsinin Ukraynanın leyhinə olmasında qərarlıdırlar. Biz də nəticəni təbii ki, yaz kompaniyasında, Ukrayna əllərində olan mövcud silahları və olara veriləcək silahları öz silahlanmasına daxil etdikdən sonra əməliyatlar teatrında vəziyəti leyhlərinə çevirəcək əks hücmlar keçirərək işğal olunmuş torpaqları azad etməyə cəhd edəcəklər. Bununla da kifayət qədər siyasi-hərbi dəstəyə malikdirlər. Ona görə də həm Ukrayna əsgərlərinin mənəvi, psixoloji vəziyəti, həm də verilən dəstək müttəfiqlərin fonunda Ukraynanın vəziyəti leyhinə dəyişməyə də əsas verən amillərdən biri olacaq. Ona görə də yeni mərhələdə artıq əməlyatlar teatrında yazın başlanması ilə yeni vəziyətin yaranacağını gözləməliyik".
Havar Şəfiyeva