Almaniya Federativ Respublikası 2022-ci ilin fevralından Ukrayna münaqişəsi səbəbindən 100 milyard avrodan çox itki verib.
Faktmedia.az xəbər verir ki, bunu müsahibəsində Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratzşer deyib.
"Ukraynadakı müharibə və bununla əlaqədar elektrik enerjisi xərclərinin kəskin artması Almaniyaya 2022-ci ildə iqtisadi məhsuldarlığın təxminən 2,5 faizi və ya 100 milyard avroya başa gəlib", - alman alimi bildirib.
Fratzscher onu da əlavə etdi ki, Almaniyanın dövlət büdcəsi üçün hərbi xərclər yalnız artacaq. O, bunu onunla izah edib ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşlarından fərqli olaraq, münaqişənin əvvəlində “Rusiya enerjisindən daha çox asılı idi və hazırda ölkənin enerji tutumlu sənaye payı yüksəkdir”.
Havar Şəfiyeva