Amerika lideri Co Bayden bu gün Kiyevə səfəri zamanı Ukraynaya əlavə hərbi yardım vəd edib.
Faktmedia.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumatda yardımın Ukraynanın müdafiə sahəsində kritik ehtiyaclarını ödəməyə yönəldiyi vurğulanıb:
“Xüsusilə yeni paketə HIMARS sistemləri üçün əlavə döyüş sursatı, 155 mm-lik artilleriya mərmiləri, 120 mm-lik minaatan mərmiləri, dörd hava müşahidə radarı, "Javelin" sistemləri, iki minə yaxın zirehli deşici raket və dörd Bradley piyada döyüş maşını daxildir”.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat vermişdi ki, 2021-ci ilin dekabrından NATO ölkələri Ukraynaya 1170 hava hücumundan müdafiə sistemi, 440 tank, 1510 piyada döyüş maşını və 655 artilleriya sistemi təhvil verib və texnikanın böyük hissəsi artıq məhv edilib.
Havar Şəfiyeva