Fransa Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə və Ukraynaya hərbi texnika tədarükünü artırmağa hazırlaşır.
Faktmedia.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) prezident administrasiyasının bəyanatına istinadən məlumat yayıb.
Şənbə günü axşam ölkənin təhlükəsizlik və milli müdafiə şurasının iclası zamanı Fransa prezidenti Emmanuel Makron Avropa ölkələri və ABŞ-la razılaşdırılaraq iqtisadi və maliyyə sanksiyalarının sərtləşdirilməsi haqqında qərar qəbul edib.
Bundan əlavə, o, milli səviyyədə Rusiya ictimai xadimlərinin "maliyyə aktivlərinin dondurulması üçün tədbirlər" görməyə qərarlıdır.
Prezident administrasiyasından bildiriblər ki, “Ukrayna hakimiyyətinə əlavə hərbi texnika tədarükünün təşkili və yanacaq yardımı haqqında” qərar da qəbul edilib.
Şənbə günü axşam Almaniya Ukraynaya ilk silah tədarükünü elan edərək, Ukrayna silahlı qüvvələrinə 1000 tank əleyhinə silah və 500 Stinger raketi tədarük edəcəyini bildirib.
Bəsti MƏMMƏD