Polşa Ukraynaya silah dəstəyini davam etdirəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski Fransanın LCI televiziyasına bildirib.
Baş nazir Ukraynaya indiyə qədər 250 tank göndərildiyini deyib.
"Ukraynaya öz azadlığını müdafiə etməkdə kömək etmək Avropa dəyərlərini müdafiə etmək deməkdir. Ukraynaya döyüş təyyarələri tədarükü məsələsi gündəmə gələrsə, buna yalnız NATO qərar verəəck", - deyə Baş nazir qeyd edib.
Mateuş Moravietski vurğulayıb ki, Qərb Ukraynaya daha təkmilləşmiş silahlarla dəstək verməkdə cəsarətli olmalıdır.
Ölkəsinin Ukraynaya silah dəstəyini davam etdirdiyini qeyd edən Moravietski, Ukraynaya yaxın həftələrdə də ən qabaqcıl 60 tank, 14 Leopard tankı göndərəcəyini vəd edib.
Sevinc Hüseynova