Qəzzada Türkiyə - Fələstin Dostluq Xəstəxanasında xidmətlər dayanıb.
Faktmedia.az xəbər verir ki, buna Qəzza zolağına elektrik enerjisini kəsməsi və yanacağın daxil olmasına icazə verməməsi səbəb olub.
Türkiyə-Fələstin Dostluq Xəstəxanasının direktoru Sübhi Sukeyk verdiyi yazılı açıqlamada xəstəxananın Qəzzada onkoloji xidməti olan yeganə xəstəxana olduğunu bildirib.
O, xidmət verməyə davam edən digər hissələrin 48 saat içində dayanacağı xəbərdarlığını edib:
"Bu halda Qəzzada olan bütün xərçəng xəstələri xidmət ala bilməyəcək".
Xəyalə Xəlilova