Fransa hökumətinin sözçüsü Olivye Veran ölkəsinin İsrail - Fələstin münaqişəsinin siyasi yolla həllinə tərəfdar olduğunu bildirib.
Veran Nazirlər Şurası Toplantısından sonra mətbuata verdiyi açıqlamada, İzzəddin Əl-Qəssam Briqadalarının rəhbərlik etdiyi İsrail və Fələstin qrupları arasındakı qarşıdurmaların Fransaya köçürülməsini istəmədiyini qeyd edib.
Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq və dinc sakinləri qorumaq üçün hər şeyin edilməsi lazım olduğunu bildirən Veran, ölkəsinin İsrail ilə Fələstin arasındakı münaqişələrin siyasi yolla həllinə tərəfdar olduğunu bildirib.
Veran bildirib ki, Fransa həmişə demokratiyanın tərəfdarı olub.
Xəyalə Xəlilova