Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva Rusiya sülhməramlılarının Qarabağda qalıb-qalmayacağını Bakı ilə müzakirə edəcək.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin potensial olaraq yerdəyişməsi məsələsi Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında son telefon danışığında müzakirə olunmayıb.
Qeyd edək ki, Paşinyan bildirib ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağı tərk edərsə, Rusiyaya qayıtmalıdır.
Rəna Həsənova